...

Azərbaycanın Nazirlər Kabineti "2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı"nı təsdiq edib

Cəmiyyət Materials 15 Yanvar 2010 11:31 (UTC +04:00)
Azərbaycanın Nazirlə Kabineti "2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı"nı təsdiq edib.
Azərbaycanın Nazirlər Kabineti "2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı"nı təsdiq edib

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Nazirlə Kabineti "2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı"nı təsdiq edib. Bu barədə Nazirlər Kabinetinin məlumatında deyilir.

Proqramın əsas məqsədi orta ixtisas təhsili sisteminin inkişaf etdirilməsi, ölkə iqtisadiyyatının inkişaf istiqamətlərinə əsasən əmək bazarının tələbatına uyğun olaraq istehsal və xidmət sahələrinin yüksək keyfiyyətli orta ixtisaslı kadrlarla təmin edilməsindən ibarətdir.

Proqram orta ixtisas təhsilinin normativ hüquqi bazasının təkmilləşdirilməsi, orta ixtisas təhsilinin məzmununun və təlim texnologiyalarının yeniləşdirilməsi, alternativ maliyyələşmə mənbələrinin formalaşdırılması sisteminin yaradılmasını nəzərdə tutur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti