...

Azərbaycanda 160-a yaxın dini icma yenidən dövlət qeydiyyatına alınıb - Dövlət Komitəsinin sədri

Cəmiyyət Materials 15 Yanvar 2010 11:46 (UTC +04:00)
Azərbaycanda 160-a yaxın dini icma yenidən dövlət qeydiyyatına alınıb, onlardan 155-nə şəhadətnamə verilib. Trend News-un məlumatına görə, bunu cümə günü keçirilən təqdimatda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib.
Azərbaycanda 160-a yaxın dini icma yenidən dövlət qeydiyyatına alınıb - Dövlət Komitəsinin sədri

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda 160-a yaxın dini icma yenidən dövlət qeydiyyatına alınıb, onlardan 155-nə şəhadətnamə verilib. Trend -un məlumatına görə, bunu cümə günü keçirilən təqdimatda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib.

"Hazırda müraciət edən digər dini icmaların qeydiyyat məsələsinə baxılır", - Orucov əlavə edib.

Qeydiyyat şəhadətnamələri təqdim edilən dini icmalardan 10-u qeyri-islam yönümlüdür.

Trend -un arayışı: Azərbaycan Parlamentinin ötən sessiyasında "Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər edilib.

Əlavələrə görə, Azərbaycan Konstitusiyasının 18-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağan olunur. Digər əlavəyə görə, bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə biləcəklər. İlin sonuna kimi dini qurumlar yenidən dövlət qeydiyyatından keçməlidir.

Yenidən və ilkin qeydiyyatla bağlı Komitəyə 600-dən yuxarı dini icma müraciət edib. Təkrar qeydiyyat üçün yanvarın 1-dək müraciət etməyən dini icmaların ləğv edilməsi üçün məhkəməyə müraciət olunacaq.

Ötən il Azərbaycanda 102 dini icma qeydiyyatdan keçib və bununla da ölkədə dini qurumların sayı 534-ə çatıb.

Xəbər lenti

Xəbər lenti