...

Azərbaycan Mətbuat Şurası 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirəcək

Cəmiyyət Materials 15 Yanvar 2010 14:43 (UTC +04:00)
"20 Yanvar faciəsi şahid jurnalistlərin gözü ilə" mövzusunda dəyirmi masanın ayın 19-da keçirilməsi nəzərdə tutulur", - cümə günü Trend News-a Mətbuat Şurasından bildirilib.
Azərbaycan Mətbuat Şurası 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirəcək

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Mətbuat Şurası 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirəcək.

"20 Yanvar faciəsi şahid jurnalistlərin gözü ilə" mövzusunda dəyirmi masanın ayın 19-da keçirilməsi nəzərdə tutulur", - cümə günü Trend -a Mətbuat Şurasından bildirilib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Həmin gün Mətbuat Şurasının İdarə Heyəti üzvlərinin və jurnalistlərin Şəhidlər Xiyabanını ziyarət edəcəyi də nəzərdə tutulur. "Tədbirdə 20 Yanvar faciəsinin aspektlərinə, hadisə öncəsi və ondan sonrakı proseslərin, dəhşətli olayı doğuran səbəblərin jurnalist yaradıcılığına təsirinə, hazırkı dövrdə medianın onu işıqlandırılması xüsusiyyətlərinə dair fikir mübadilələri aparılacaq", - məlumatda əlavə olunur.

Tədbirdə 20 Yanvar faciəsinin şahidi olmuş jurnalistlərin, kütləvi informasiya vasitələri rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti