...

Sumqayıt şəhər 3 saylı Uşaq-Gənclər İdman Şahmat-Dama Məktəbinin açılış mərasimi keçirilib

Cəmiyyət Materials 15 Yanvar 2010 14:58 (UTC +04:00)
Sumqayıt şəhər İcra Hakimiyyətindən Trend News-a verilən məlumata görə, Uşaq-Gənclər İdman Şahmat-Dama Məktəbinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub. Açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.
Sumqayıt şəhər 3 saylı Uşaq-Gənclər İdman Şahmat-Dama Məktəbinin açılış mərasimi keçirilib

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Sumqayıt şəhər 3 saylı Uşaq-Gənclər İdman Şahmat-Dama Məktəbinin açılış mərasimi keçirilib.

Sumqayıt şəhər İcra Hakimiyyətindən Trend -a verilən məlumata görə, Uşaq-Gənclər İdman Şahmat-Dama Məktəbinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub. Açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.

Mərasimdə çıxış edən Əliyev 2003-cü ildən etibarən Sumqayıtda bir sıra sosial obyektlərdə aparılan müasir üslubda əsaslı təmir və yenidənqurma işlərindən danışıb. Uşaq-Gənclər İdman Şahmat-Dama Məktəbinin fəaliyyətindən danışan şəhər rəhbəri məktəbin kollektivinə gələcək işlərində uğurlar arzulayıb.

Rəmzi qırmızı lent kəsildikdən sonra binaya baxış keçirilib. Mərasim iştirakçıları binada yaradılan şəraitlə yaxından tanış olublar.

1981-ci ildə yaradılan şəhər Şahmat Məktəbində hazırda 41 qrup fəaliyyət göstərir. Bu qruplarda 21 məşqçinin rəhbərliyi altında 508 nəfər uşaq, yeniyetmə, gənc şahmat və dama ilə məşğul olur. Məktəb ötən il Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi "Respublikada ilin ən yaxşı şahmat məktəbi" üzrə şəhərlərarası müsabiqədə birinci yerə layiq görülüb.

Xəbər lenti

Xəbər lenti