...

Azərbaycanda baş redaktor 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib

Cəmiyyət Materials 15 Yanvar 2010 15:08 (UTC +04:00)
Trend News-un məlumatına görə, cümə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə "İdeal" qəzetinin baş redaktoru Nazim Quliyevin cinayət işi üzrə prosesdə məhkəmə hökmü elan olunub. Məhkəmənin hökmü ilə baş redaktorun əmlakı müsadirə olunub və cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Azərbaycanda baş redaktor 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycan məhkəməsi xuliqanlıqda, hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən baş redaktora 13 il 3 ay iş verib.

Trend -un məlumatına görə, cümə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə "İdeal" qəzetinin baş redaktoru Nazim Quliyevin cinayət işi üzrə prosesdə məhkəmə hökmü elan olunub. Məhkəmənin hökmü ilə baş redaktorun əmlakı müsadirə olunub və cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Prokuror baş redaktora cəzasını ciddi rejimli müəssisədə çəkməklə 15 il azadlıqdan məhrumetmə cəzasının verilməsini məhkəmədən xahiş etmişdi.

Quliyev Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə (182.2), hədə-qorxu ilə tələb etmə zor tətbiq etmə ilə törədildikdə (182.2.3), külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə (182.2.3), xuliqanlıq (221.1), qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.1) maddələri ilə təqsirli bilinib.

Bu iş üzrə 6 nəfər zərərçəkmiş kimi tanınıb.

Xəbər lenti

Xəbər lenti