...

Azərbaycanda korrupsiya cinayətlərində ittiham olunan məktəb direktoru məhkəmənin qərarı ilə azadlığa buraxılıb

Cəmiyyət Materials 15 Yanvar 2010 16:12 (UTC +04:00)
Trend News-un məlumatına görə, cümə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 3 saylı internat məktəbinin direktoru Məlahət Səmədova 5 il şərti iş alaraq məhkəmə zalından azad olunub.
Azərbaycanda korrupsiya cinayətlərində ittiham olunan məktəb direktoru məhkəmənin qərarı ilə azadlığa buraxılıb

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycanda korrupsiya cinayətlərində ittiham olunan məktəb direktoru məhkəmənin qərarı ilə azadlığa buraxılıb.

Trend -un məlumatına görə, cümə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 3 saylı internat məktəbinin direktoru Məlahət Səmədova 5 il şərti iş alaraq məhkəmə zalından azad olunub. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O, Cinayət Məcəlləsinin mənimsəmə və israf etmə (179.3.2), vəzifə saxtakarlığı (313) maddələri ilə təqsirləndirilir. Səmədova internat məktəbinin işçilərinin adına əlavə əməkhaqqı yazaraq, həmin pulları mənimsəyib.

Cinayət işi üzrə 25 nəfər zərərçəkmiş kimi tanınıb.

Xəbər lenti

Xəbər lenti