• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Cəmiyyət

Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsi ilə bağlı işin beynəlxalq məhkəməyə verilməsi üçün Azərbaycan Parlamentinə müraciət qəbul edib (ƏLAVƏ OLUNUB)

18 Yanvar 2010 14:05 (UTC+04:00)
  • 0
  • 0

RED. əlav.: başlıq dəyişdirilib, son üç abzas əlavə olunub

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir S.Ağayeva/

Qafqaz müsəlmanlarının dini lideri Şeyxülislam Hacı Allahşükür Paşazadə hesab edir ki, 20 Yanvar faciəsinin günahkarları Haaqa tribunalı qarşısında dayanmalıdır.

"Biz 20 Yanvar hadisələrinin araşdırılması üzrə komissiya yaratmağa çalışırıq. Bu komissiya, Mixail Qorbaçov başda olmaqla, faciənin günahkarlarının beynəlxalq tribunal qarşısında dayanmalarına nail olmalıdır", - Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bazar ertəsi QMİ-də 20 Yanvar faciəsinin 20 illiyinə həsr edilən konfransda deyib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Faciə zamanı 132 insan öldürülüb, onlardan 117-si azərbaycanlıdır. 744 adam ağır xəsarət alıb, 4 nəfər itkin düşüb, 400 nəfər həbs edilib. Yanvarın 20-də fövqəladə vəziyyət elan ediləndən sonra daha 21 nəfər qətlə yetirilib. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda (Neftçala, Lənkəran) 26 nəfər qətlə yetirilib.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi, Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.

Məhz bunun nəticəsində, uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın Qan Yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir.

Konfransda din xadimləri, Azərbaycanda dini icmaların rəhbərləri, ölkə parlamentinin üzvləri iştirak edirlər.

Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsi ilə bağlı işin Haaqa beynəlxalq tribunalına verilməsi üçün Azərbaycan Parlamentinə müraciət qəbul edib.

"Azərbaycanın Milli Məclisi faciənin iştirakçıları və günahkarlarının məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq təşkilatlar qarşısında xahişlə çıxış etməlidir", - müraciətdə deyilir.

"Azərbaycan xalqı faciənin iştirakçılarını və günahkarlarını - Qorbaçovu və onun həmkarlarını məhkəməyə cəlb etmək hüququna malikdir", - müraciətdə deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper
Kateqoriyasında olan digər xəbərlər
“Azərbaycan dili” fənnindən imtahanın nəticələri açıqlanıb
Cəmiyyət 15:37
Azərbaycan-Gürcüstan sərhədində yeni körpünün inşası gələn il bitəcək
Cəmiyyət 15:06
“Bank of Baku” Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə inşa müsabiqəsi keçirir
Cəmiyyət 14:43
Azərbaycan İstiqlal Muzeyinin eksponatları UNEC-də: “Cümhuriyyət 100” (FOTO)
Cəmiyyət 14:27
Tbilisidə ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib (FOTO)
Cəmiyyət 14:22
“Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik etdi (FOTO)
Cəmiyyət 13:47
"Bakı Metropoliteni" yeni xətt üzrə aparılan tikinti işləri barədə
Cəmiyyət 13:36
Havanın temperaturu yüksələcək
Cəmiyyət 13:15
Binəqədidə “Qələbəyə doğru” intellektual oyununun bağlanış mərasimi keçirilib (FOTO)
Cəmiyyət 13:00
Dövlət Agentliyi Ramana-Maştağa yolunun sıradan çıxmasının səbəbini açıqladı (FOTO)
Cəmiyyət 12:26
Samarada ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib
Cəmiyyət 11:44
Nazirlik Bayıldakı sürüşmənin qarşısının alınması üçün TƏKLİFLƏR hazırlayacaq
Cəmiyyət 11:34
Brest qalasının müdafiəsində iştirak etmiş azərbaycanlılarla bağlı kitab nəşr edilib
Cəmiyyət 11:29
İndoneziyanın gənclər və idman naziri ADU-da olub (FOTO)
Cəmiyyət 11:17
ADU-da “Autizm problemləri və erkən müdaxilə tədbirlərinin əhəmiyyəti” mövzusunda tədbir keçirilib (FOTO)
Cəmiyyət 10:59
ADU-da “Azərbaycan şifahi xalq ədəbiyyatı və dil” mövzusunda dəyirmi masa keçirilib (FOTO)
Cəmiyyət 10:42
DİM dövlət qulluğuna qəbul üçün imtahandan uğurla keçən namizədlərə müraciət edib
Cəmiyyət 10:07
Dağınıq skleroz xəstələrinin müalicəsi ilə bağlı yeni sənəd hazırlanacaq
Cəmiyyət 09:50
Ən çox oxunanlar
Modern Diplomacy: İlham Əliyev - İslam dünyasının fenomeni
Modern Diplomacy: İlham Əliyev - İslam dünyasının fenomeni
Rezidentura təhsilini təşkil edə biləcək təhsil müəssisələrinin adları müəyyənləşdirilib
Erməni artistlər fəxri adlardan imtına edirlər
Paytaxtda tıxac var - SƏBƏBİ: bu küçə və prospektlər bağlandı (SİYAHI)
Nəzər nöqtəsi
Elxan Süleymanov: AŞ PA-da Azərbaycana qarşı korrupsiya iddiaları iflasa uğradı

Elxan Süleymanov: AŞ PA-da Azərbaycana qarşı korrupsiya iddiaları iflasa uğradı

Deputat: Son 15 ildə Azərbaycan bütün sahələrdə böyük uğurlar əldə edib və bu uğurlar davam etməkdədir
Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur
Sarkisyanın 10 illik diktaturası ərzində Ermənistan olduqca çətin vəziyyətə düşüb
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter