...

Azərbaycan Ordusunun kiçik cavuşuna ömürlük həbs cəzası verilib

Cəmiyyət Materials 18 Yanvar 2010 12:08 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədən bazar ertəsi Trend News-a verilən məlumata görə, bu gün Orxan Səfərovun işi üzrə məhkəmə yekunlaşıb və ona hökm elan olunub.
Azərbaycan Ordusunun kiçik cavuşuna ömürlük həbs cəzası verilib

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir H.Bağırov/

Seyfəli poliqonunda üç nəfəri öldürüb, iki nəfəri yaralayan Azərbaycan Ordusunun kiçik cavuşuna ömürlük həbs cəzası verilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədən bazar ertəsi Trend -a verilən məlumata görə, bu gün Orxan Səfərovun işi üzrə məhkəmə yekunlaşıb və ona hökm elan olunub.

Səfərov məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Ötən il mayın 23-də Şəmkir rayonundakı Seyfəli poliqonunda keçirilən təlim mərkəzində Orxan Səfərov avtomat silahdan atəş açaraq əsgər yoldaşları Taleh Hidayətovu, Ramin Ataşovu və Şəhriyar Həsənovu qətlə yetirib, Pünhan Həsənovu və Mustafa Sayfulovu isə yaralayıb. Xəsarət alan əsgərlərdən biri isə aldığı güllə yarasından dünyasını dəyişib.

İstintaqa ilkin ifadə verən Səfərov hadisəni ona qarşı edilən təhqiramiz hərəkətlərə görə törətdiyini deyib. Səfərovun sözlərinə görə, çavuş Mustafa Seyfəlov mayın 22-dən 23-nə keçən gecə o yatarkən üzərində təhqiramiz hərəkətlər edib. Əsgərlər qarşısında təhqir olunduğuna dözməyən Səfərov mayın 23-də məlum hadisəni törədib.

Səfərov Cinayət Məcəlləsinin iki və daha çox şəxsi öldürmə (120.2.7) və iki və daha çox şəxsi öldürməyə cəhd (29,120.2.7) maddələri ilə ittiham olunur.

Səfərov ötən il Ağcabədi rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Xəbər lenti

Xəbər lenti