...

Azərbaycanda korrupsiya cinayətlərində ittiham olunan bələdiyyə sədrinə 8 il cəza verilib

Cəmiyyət Materials 18 Yanvar 2010 13:02 (UTC +04:00)
Nuriyev bələdiyyə sədri olduğu dövrdə vəzifə səlahiyyətlərini aşaraq kəndlilərə məxsus torpaqları qanunsuz olaraq satmaqda, kəndin daxili yolları üçün bələdiyyəyə ayrılmış vəsaiti mənimsəməkdə günahlandırılır.
Azərbaycanda korrupsiya cinayətlərində ittiham olunan bələdiyyə sədrinə 8 il cəza verilib

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycanda korrupsiya cinayətlərində ittiham olunan bələdiyyə sədrinin məhkəməsi yekunlaşıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Astara rayonu, Ərçivan kənd bələdiyyəsinin keçmiş sədri Mirzağa Nuriyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Nuriyev bələdiyyə sədri olduğu dövrdə vəzifə səlahiyyətlərini aşaraq kəndlilərə məxsus torpaqları qanunsuz olaraq satmaqda, kəndin daxili yolları üçün bələdiyyəyə ayrılmış vəsaiti mənimsəməkdə günahlandırılır.

Nuriyev 2009-cu ilin sentyabrında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.

O, Cinayət Məcəlləsinin mənimsəmə və israf etmə külli miqdarda törədildikdə (179.3.2), vəzifə səlahiyyətlərindən sui-istifadə (308.1), vəzifə səlahiyyətlərini aşma (309.1) və vəzifə saxtakarlığı (313) maddələri ilə ittiham olunur.

Xəbər lenti

Xəbər lenti