Azərbaycana dörd türkiyəli jurnalist gələcək

Cəmiyyət Materials 18 Yanvar 2010 14:34 (UTC +04:00)
"Türkiyə Jurnalistlər Birliyinin sədr müavini Mehmet Ali Dimin rəhbərlik etdiyi dörd nəfərdən ibarət nümayəndə heyəti yanvarın 30-da Azərbaycana gələcək", - bazar ertəsi Trend News-a Parlament Jurnalistlər Birliyinin (PJB) rəhbəri Elşad Eyvazlı bildirib.
Azərbaycana dörd türkiyəli jurnalist gələcək

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycana dörd türkiyəli jurnalist gələcək.

"Türkiyə Jurnalistlər Birliyinin sədr müavini Mehmet Ali Dimin rəhbərlik etdiyi dörd nəfərdən ibarət nümayəndə heyəti yanvarın 30-da Azərbaycana gələcək", - bazar ertəsi Trend -a Parlament Jurnalistlər Birliyinin (PJB) rəhbəri Elşad Eyvazlı bildirib.

Eyvazlının sözlərinə görə, səfər PJB-nin təşkilatçılığı ilə baş tutacaq. "Səfərdə məqsəd xarici ölkələrin jurnalistləri vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır. Artıq bununla bağlı Mehmet Alıi Dim və Alaniya Qəzetəçilər Cəmiyyətinin köməyi ilə erməni vəhşiliyi ilə bağlı bukletlər çap edilib və Türkiyədə xarici turistlərə paylanılıb", - PJB sədri əlavə edib.

Onun fikrincə, bu məsələ ilə bağlı digər xarici ölkələrdəki jurnalistlərimizin imkanlarından da istifadə ediləcək. "Bu məqsədlə türkiyəli həmkarlarımızla böyük bir layihə gerçəkləşdirmək niyyətindəyik. Türkiyədən gələn jurnalstlərin ermənilərin 1918-ci ildə törətdikləri soyqırımı əks etdirən Quba rayonundakı məzarlığa gedəcəkləri də gözlənilir", - Eyvazlı vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti