...

Azərbaycanda terror barədə yalan məlumat verməkdə ittiham olunan şəxsə hökm oxunub

Cəmiyyət Materials 18 Yanvar 2010 17:10 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Bakı şəhər sakini 17 yaşlı Hüseyn Atakişiyevə 2 il şərti cəza təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycanda terror barədə yalan məlumat verməkdə ittiham olunan şəxsə hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Bakı şəhər sakini 17 yaşlı Hüseyn Atakişiyevə 2 il şərti cəza təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Atakişiyev 2009-cu il avqustun 12-də Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən ATS-in qarşısına bomba qoyulması barədə məlumat verib. Aparılan araşdırmalardan sonra məlumat təsdiqini tapmayıb.

Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yalan məlumat verən Atakişiyev tutulub.

Atakişiyev Cinayət Məcəlləsinin terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə (216) maddəsi ilə ittiham olunub.

Xəbər lenti

Xəbər lenti