...

Azərbaycanın ali təhsil müəssisəsində Hindistan Mərkəzi açılıb

Cəmiyyət Materials 18 Yanvar 2010 18:43 (UTC +04:00)
"Hindistan Mərkəzinin açılması ilə biz Asiya və Azərbaycan arasında pəncərə açırıq", - universitetin rektoru Səməd Seyidov Mərkəzin açılışı barədə sənədlərin imzalanma mərasimində deyib.
Azərbaycanın ali təhsil müəssisəsində Hindistan Mərkəzi açılıb

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir M.Əliyev/

Azərbaycan Dillər Universitetində bazar ertəsi daha bir təhsil mərkəzi - Hindistan Mərkəzi açılıb.

"Hindistan Mərkəzinin açılması ilə biz Asiya və Azərbaycan arasında pəncərə açırıq", - universitetin rektoru Səməd Seyidov Mərkəzin açılışı barədə sənədlərin imzalanma mərasimində deyib.

Açılış tədbirində həmçinin Hindistanın Azərbaycandakı səfiri Debnad Şou iştirak edib.

"Azərbaycanın ali təhsil mərkəzində Hindistan Mərkəzinin açılışı birinci addımdır. Gələcəkdə resurs mərkəzinin yaradılması planlaşdırılır", - səfir deyib.

Onun sözlərinə görə, təhsil sahəsində əlaqələrin inkişafı Azərbaycan və Hindistan arasında tələbə mübadiləsinə şərait yaradır.

Azərbaycan Dillər Universitetində hazırda Fransa, Almaniya, Böyük Britaniya, ABŞ, Koreya, Norveç və digər ölkələrin təhsil mərkəzləri var.

Xəbər lenti

Xəbər lenti