...

Azərbaycanda əsgərlərdən pul tələb etməkdə ittiham olunun hərbi qulluqçuların məhkəməsi başlayıb

Cəmiyyət Materials 21 Yanvar 2010 11:25 (UTC +04:00)
Azərbaycanda əsgərlərdən pul tələb etməkdə ittiham olunun hərbi qulluqçuların məhkəməsi başlayıb.
Azərbaycanda əsgərlərdən pul tələb etməkdə ittiham olunun hərbi qulluqçuların məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycanda əsgərlərdən pul tələb etməkdə ittiham olunun hərbi qulluqçuların məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçuları - kiçik çavuşlar David Hacıyev və Azər Şamilovun, əsgərlər Umuxan Allahverdiyev, Pərvin Höccətov və Radik Qüdrətovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmə baxışı fevralın 1-nə təyin olunub.

Adıçəkilən şəxslər Cinayət Məcəlləsinin hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi (331.3), rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi (341.1), tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını təkrar pozma (332.2.1), bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən nizamnamə qaydalarını pozma (332.2.3), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə (182.2.1), hədə-qorxu ilə təkrar tələb etmə (182.2.2), külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə (182.2.3) maddələri ilə ittiham olunurlar.

Təqsirləndirilən şəxslər Müdafiə Nazirliyinin Bakı Qarnizonunda yerləşən hərbi hissəsində xidmətdə olarkən, məzuniyyətdən qayıdan əsgərlərdən pul tələb ediblər.

Bundan başqa, onlar hərbi hissənin daha bir neçə əsgərindən pul və danışıq kartları tələb edib, onların tələblərinin əleyhinə çıxan əsgərləri isə döyüblər.

Xəbər lenti

Xəbər lenti