...

Azərbaycan və Türkiyənin Təhsil nazirlikləri ali hüquq məktəblərinin diplomlarının tanınması məsələsini nəzərdən keçirirlər

Cəmiyyət Materials 21 Yanvar 2010 13:31 (UTC +04:00)
Azərbaycan və Türkiyənin Təhsil nazirlikləri ali hüquq məktəblərinin diplomlarının tanınması məsələsini nəzərdən keçirirlər.
Azərbaycan və Türkiyənin Təhsil nazirlikləri ali hüquq məktəblərinin diplomlarının tanınması məsələsini nəzərdən keçirirlər

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir M.Əliyev/

AzərbaycanTürkiyənin Təhsil nazirlikləri ali hüquq məktəblərinin diplomlarının tanınması məsələsini nəzərdən keçirirlər. Bu məsələ türkiyəli nazirin Azərbaycana rəsmi səfəri çərçivəsində cümə axşamı Bakıda iki ölkənin təhsil nazirləri Misir MərdanovNemət Çubukçu müzakirə ediblər.

"Tərəflər tibb və hüquq sahələrində kadrların hazırlanması barədə razılıq əldə ediblər", - Azərbaycanın təhsil naziri Misir Mərdanov jurnalistlərə deyib.

Türkiyəli nazirin ikigünlük səfəri çərçivəsində azərbaycanlı tələbələrin Türkiyədə, türk tələbələrin Azərbaycanda təhsil almaları ilə bağlı məsələlər də müzakirə olunacaq.

Türkiyənin ali təhsil müəssisələrində dövlət hesabına hazırda 517 azərbaycanlı tələbə təhsil alır. 2008-ci ildən Türkiyə hər il müxtəlif istiqamətlər üzrə 125 yer ayırır. Azərbaycanın 20 təhsil müəssisəsində 4073 Türkiyə vətəndaşı təhsil alır ki, onlardan 139-u dövlət hesabınadır.

Xəbər lenti

Xəbər lenti