...

Azərbaycanda narkotik alverində ittiham olunan İran vətəndaşlarının məhkəməsi başlayıb

Cəmiyyət Materials 21 Yanvar 2010 15:29 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İran vətəndaşları - Cəmşidi Davud Abutalıb oğlu, Heydər Zahir Rəşit oğlu, Nəzəri Nürətabad Vəhdət Bəhriş oğlu, Rahəttələb Nahədani Məhin Yəhya qızı, Hacızadə Ləyalestani Zəhra Cavad qızının cinayət işi üzrə keçirilən prosesdə prokuror ittiham aktını oxuyub.
Azərbaycanda narkotik alverində ittiham olunan İran vətəndaşlarının məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycanda narkotik alverində ittiham olunan İran vətəndaşlarının məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İran vətəndaşları - Cəmşidi Davud Abutalıb oğlu, Heydər Zahir Rəşit oğlu, Nəzəri Nürətabad Vəhdət Bəhriş oğlu, Rahəttələb Nahədani Məhin Yəhya qızı, Hacızadə Ləyalestani Zəhra Cavad qızının cinayət işi üzrə keçirilən prosesdə prokuror ittiham aktını oxuyub.

İttihama görə, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206.4), qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228.3, 228.4), narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.1, 234.4.3), Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə (318.2) maddələri ilə ittiham olunurlar.

Təqsirləndirilən şəxslər 2009-cu il iyunun 16-da Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Lənkəran şəhərində tutulublar. Onlardan narkotik vasitə hesab olunan həşiş və qaz tapançası da aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti