...

Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanan nikahların sayı artıb

Cəmiyyət Materials 21 Yanvar 2010 16:33 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətindən cümə axşamı Trend News-a verilən məlumata görə, ötən il Azərbaycanda qeydə alınan 78 min 73 nikahdan 2221-də tərəflərdən biri əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər olub.

Azərbaycan, Bakı, 21 yanvar / Trend , muxbir K.Zərbalıyeva /

Azərbaycanda ötən il əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanan nikahların sayı artıb.

Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətindən cümə axşamı Trend -a verilən məlumata görə, ötən il Azərbaycanda qeydə alınan 78 min 73 nikahdan 2221-də tərəflərdən biri əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər olub.

Xidmətdən bildirilib ki, 2008-ci illə müqayisədə belə nikahların sayı 366 fakt artıb. Belə ki, 2008-ci ildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə 1855 nikah bağlanıb.

Ümumilikdə ötən il respublikada nikahların sayında 1929 fakt azalma müşahidə olunub. Belə ki, 2008-ci ildə Azərbaycanda 80002 nikah qeydə alınmışdı.

Ötən il respublika üzrə 7789 nikahın pozulması faktı (boşanma) qeydə alınıb. 2008-ci illə müqayisədə ötən il boşanmalar 125 fakt azalıb. Bir tərəfi əcnəbilər olan boşanmaların sayı 2008-ci illə müqayisədə 33 fakt artaraq 81 təşkil edib.

Qeyri-rəsmi məlumatlara görə, Azərbaycan vətəndaşlarının nikaha girdiyi əcnəbilər İran, Almaniya, İsrail, ABŞ, Böyük Britaniya, Pakistan, Əfqanıstan, İsveç, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Çin, Türkiyə, Rusiya, Gürcüstan, Səudiyyə Ərəbistanının vətəndaşlarıdır.

Xəbər lenti

Xəbər lenti