...

Azərbaycanda təhsil müəssisələrinin əlavə gəlir əldə etmək məqsədilə məşğul olmasına yol verən sahibkarlıq fəaliyyəti növlərinin dairəsi müəyyən edilib

Cəmiyyət Materials 21 Yanvar 2010 16:40 (UTC +04:00)
Nazirlər Kabinetinin rəsmi internet saytının məlumatına görə, təhsil müəssisələri öz nizamnamələri çərçivəsində profil və fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər.
Azərbaycanda təhsil müəssisələrinin əlavə gəlir əldə etmək məqsədilə məşğul olmasına yol verən sahibkarlıq fəaliyyəti növlərinin dairəsi müəyyən edilib

Azərbaycan, Bakı, 21 yanvar / Trend , muxbir K.Zərbalıyeva /

Azərbaycan Nazirlər Kabineti təhsil müəssisələrinin əlavə gəlir əldə etmək məqsədilə məşğul olmasına yol verən sahibkarlıq fəaliyyəti növlərinin dairəsini müəyyən edib.

Nazirlər Kabinetindən cümə axşamı Trend -a bildiriblər ki, təhsil müəssisələri öz nizamnamələri çərçivəsində profil və fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər.

Ödənişli əlavə təhsil, məsləhət-konsaltinq xidmətlərinin göstərilməsi, təhsil məhsulunun (təhsil sahəsində innovasiyalar, orijinal təhsil və fənn proqramları, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələri) satışı, elmi tədqiqat və təcrübi-konstruktor işləri, elmi-praktiki tədbirlərin təşkili, nəşriyyat-poliqrafiya işləri, tədris prosesində əldə olunan məhsulun satışı.

Nazirlər Kabinetinin qərarı imzalanan gündən - yanvarın 19-da qüvvəyə minib.

Xəbər lenti

Xəbər lenti