...

Azərbaycan Sosial Müdafiə Fondunun sədri 100 yaşlı əmək pensiyaçısını qəbul edib

Cəmiyyət Materials 22 Yanvar 2010 11:06 (UTC +04:00)
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov 100 yaşı tamam olan, 1910-cu il təvəllüdlü əmək pensiyaçısı Qasımov Qaraş Savalan oğlunu qəbul edib. Bu barədə cümə günü Trend News-a fondun İctimaiyyətlə əlaqələr sektorunun rəisi Elman Babayev məlumat verib.
Azərbaycan Sosial Müdafiə Fondunun sədri 100 yaşlı əmək pensiyaçısını qəbul edib

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov 100 yaşı tamam olan, 1910-cu il təvəllüdlü əmək pensiyaçısı Qasımov Qaraş Savalan oğlunu qəbul edib. Bu barədə cümə günü Trend -a fondun İctimaiyyətlə əlaqələr sektorunun rəisi Elman Babayev məlumat verib.

DSMF sədri bildirib ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin iqtisadi inkişafın əsas məqsədi kimi müəyyənləşdirilməsi və bu siyasətin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilməsi sayəsində pensiyaçılara dövlət qayğısı ilbəil artıb.

Qasımovun əmək fəaliyyəti dövründə respublika sənayesinin inkişafına xüsusi xidmətlər göstərdiyini vurğulayan Müslümov onun ömrünün bu yaşında da ictimai fəallığının gənc nəsil üçün bir nümunə olduğunu bildirib. Fond sədri 100 yaşlı pensiyaçıya ən xoş arzularını çatdırıb və ona xatirə hədiiyyələri təqdim edib.

Öz növbəsində Qasımov ona göstərilən bu diqqətə görə təşəkkürünü bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı işlərin həyata keçirildiyini vurğulayaraq əlavə edib ki, son illər əmək pensiyaçılarının sosial müdafiəsi istiqamətində də mühüm addımlar atılıb.

Qasımov  yaşa görə əmək pensiyası alır və onun pensiyasının məbləği 227,38 manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti