...

Avropa Məhkəməsində şikayətlərə baxılması prosesi tezləşəcək – AŞ-nin Azərbaycandakı xüsusi nümayəndəsi

Cəmiyyət Materials 25 Yanvar 2010 12:18 (UTC +04:00)
Avropa məhkəməsində şikayətlərə baxılması prosesi tezləşəcək. Bazar ertəsi Ombudsman Aparatının ölkəmizin Avropa Şurasına üzv qəbul olunmasının ildönümünə həsr edilmiş tədbirində AŞ-nin baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek deyib.
Avropa Məhkəməsində şikayətlərə baxılması prosesi tezləşəcək – AŞ-nin Azərbaycandakı xüsusi nümayəndəsi

Azərbaycan, Bakı, 25 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Avropa Məhkəməsində şikayətlərə baxılması prosesi tezləşəcək. Trend -un məlumatına görə, bunu bazar ertəsi Ombudsman Aparatının ölkəmizin Avropa Şurasına üzv qəbul olunmasının ildönümünə həsr edilmiş tədbirində AŞ-nin baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek deyib.

Kotekin sözlərinə görə, şikayətlərin baxılmasının tezləşdirilməsi 14-cü protokolun qüvvəyə minməsi ilə əlaqədardır. Kotek çıxışında üzv ölkələrdən Avropa Məhkəməsinə göndərilən şikayətlərin sayının artığını da bildirib.

"Hər bir üzv dövlət ölkə daxilində insan hüquqlarının vəziyyətinə görə məsuliyyət daşıyır. Ölkələr insan hüquqlarının qorunmasına ciddi əhəmiyyət verməli, insan hüquqlarının pozulması ilə bağlı şikayətlər tam araşdırılmalı və bununla bağlı ciddi tədbirlər görülməli, demokratik institutların, təsisatların, QHT-lərin rolu artırılmalı, onların fəaliyyəti üçün münbit şərait yaradılmalıdır", - AŞ baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi bildirib.

Azərbaycanda ötən il insan hüquqlarının pozulması faktına görə 154 nəfər cəzalandırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti