...

Azərbaycanda özünü Nazirlər Kabinetinin şöbə müdiri kimi təqdim edən şəxsə hökm oxunub

Cəmiyyət Materials 25 Yanvar 2010 18:44 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Hidayət Məmmədov 10 il 6 ay, onun oğlu Elvin Məmmədov isə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanda özünü Nazirlər Kabinetinin şöbə müdiri kimi təqdim edən şəxsə hökm oxunub

Azərbaycan, Bakı, 25 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycanda özünü Nazirlər Kabinetinin şöbə müdiri kimi təqdim edən şəxsə təkrar hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Hidayət Məmmədov 10 il 6 ay, onun oğlu Elvin Məmmədov isə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq etmə (178.3.2) və əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən dələduzluq etmə (178.3.3) maddələri ilə təqsirli biliniblər.

Hidayət Məmmədov özünü Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Sərmayə işləri ilə məşğul olan şöbəsinin rəisi" kimi təqdim edərək, oğlu Elvin Məmmədovla birlikdə vətəndaşların etibarını qazanıb və külli miqdarda pul mənimsəyiblər. Onlar Bakı şəhər sakini Vüqar Əliyevi "Mercedes-Benz" E-350 markalı avtomobilini satmaq adı ilə aldadaraq, həmin şəxsin 45 min manatını mənimsəyiblər.

Təqsirləndirilən şəxslər bundan başqa, Tural Mirzəyevi avtomaşınını satmaq adı ilə aldadaraq, onun 9 min manat pulunu alıblar. Həmçinin Sahil Cəfərovun "Mercedes-Benz 220" markalı avtomobilini banka girov qoymaqla alıblar. Məmmədov bankdan götürdüyü pulu Cəfərova verəcəyinə dair söz versə də, vədinə əməl etməyib. Məmmədov Cəfərovun əmlakını ələ keçirməklə ona 26 min 691 manat dəyərində ziyan vurub.

Hidayət Məmmədov 2002-ci ildə Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə və israf etmə (179.3.2) və saxta sənəd hazırlama (320.1) maddələri ilə ittiham olunaraq Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. Həmin il iyunun 11-də CM-nin şərti məhkum etmə (70) maddəsi tətbiq edilməklə Apelyasiya Məhkəməsinin qərarı ilə azad edilmişdi.

Bundan başqa, Hidayət Məmmədov və Elvin Məmmədov 2009-cu ildə də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə mühakimə ediliblər.

Xəbər lenti

Xəbər lenti