...

BMT baş katibi Holokost qurbanlarının xatirəsinə həsr olunmuş beynəlxalq gün münasibətilə dünya ictimaiyyətinə müraciət edib

Cəmiyyət Materials 26 Yanvar 2010 11:49 (UTC +04:00)
BMT-nin Bakıdakı ofisindən Trend News-a daxil olan müraciətdə bildirilir ki, bu gün 65 il bundan əvvəl ən böyük və ən bədnam düşərgə olan Auşvits-Birkenau azad edilib.
BMT baş katibi Holokost qurbanlarının xatirəsinə həsr olunmuş beynəlxalq gün münasibətilə dünya ictimaiyyətinə müraciət edib

Azərbaycan, Bakı, 26 yanvar / Trend , muxbir K.Zərbalıyeva/

BMT baş katibi Holokost qurbanlarının xatirəsinə həsr edilmiş beynəlxalq gün münasibətilə dünya ictimaiyyətinə müraciət edib.

BMT-nin Bakıdakı ofisindən Trend -a daxil olan müraciətdə bildirilir ki, bu gün 65 il bundan əvvəl ən böyük və ən bədnam düşərgə olan Auşvits-Birkenau azad edilib.

"Orda və hər yerdə milyonlarla insanlar işgəncələr çəkib və öldürülüb. Onların əksəriyyəti yəhudilər olublar. Auşvitsdə öldürülənlər arasında minlərlə Roma və Sinti "ailə düşərgələrinin" sakinləri də var idi", - deyə baş katib Pan Gi Mun bildirib.

Baş katib qeyd edib ki, Holokost nəticəsində sağ qalanların irsi daim yaşamalıdır.

"Biz onların anlatdıqlarını abidələrdə, təhsilimizdə və ən önəmlisi isə soyqırımların və digər insan ölümü ilə nəticələnən cinayətlərin baş verməməsi üçün qəti səylərimizdə əks etməliyik. Birləşmiş Millətlər Təşkilatı bütünlüklə özünü bu işə həsr etməkdədir. Gəlin, birlikdə Holokost haqqında xatirələrin qorunmasına və hər kəsə insan ləyaqətinə hörmətlə yanaşmanın tərəfdarı olmağa təntənəli söz verək", - müraciətdə deyilir.

Bu il Birləşmiş Millətlər Təşkilatının dünya üzrə nümayəndəliklərinin təşkil etdiyi təntənəli anım mərasimləri Holokost nəticəsində sağ qalanların irsinə həsr edilib.

Xəbər lenti

Xəbər lenti