...

Azərbaycandan olan FİFA referisi Avropa çempionatına təyinat alıb

Cəmiyyət Materials 26 Yanvar 2010 12:28 (UTC +04:00)
Azərbaycandan olan FİFA referisi Anar Salmanov təyinat alıb.
Azərbaycandan olan FİFA referisi Avropa çempionatına təyinat alıb

Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir F.Hüseynli/

Azərbaycandan olan FİFA referisi Anar Salmanov təyinat alıb.

Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA) mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə,17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundu çərçivəsində martın 18-dən 25-dək Yunanıstanda keçiriləcək 3-cü qrupun oyunlarında hakimlərdən biri Anar Salmanov olacaq.

Bu qrupda Avstriya, İrlandiya, Finlandiya və Yunanıstan yığmaları mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti