Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir M.Əliyev/
Azərbaycanın Nazirlər Kabineti (NK) "Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası"nı təsdiq edib. Bu barədə NK-nın məlumatında deyilir.
Qaydalara əsasən, həmin arayış ali təhsilin bakalavr, magistr, doktorantura səviyyələrini, orta ixtisas təhsili, ilk peşə-ixtisas təhsili pillələrini, ümumi təhsil səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan şəxslərin müraciətləri əsasında verilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend@trend.az
Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin