...

Azərbaycanlı tələbələr dünyanın 84 ölkəsində təcrübə keçmək imkanı əldə ediblər

Cəmiyyət Materials 26 Yanvar 2010 17:10 (UTC +04:00)
Azərbaycan Tələbələr Birliyi (ATB) texniki təcrübə üçün tələbə mübadiləsi üzrə Beynəlxalq Assosiasiyanın (IAESTE) tamhüquqlu üzvü olub.
Azərbaycanlı tələbələr dünyanın 84 ölkəsində təcrübə keçmək imkanı əldə ediblər

Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir M.Əliyev/

Azərbaycan Tələbələr Birliyi (ATB) texniki təcrübə üçün tələbə mübadiləsi üzrə Beynəlxalq Assosiasiyanın (IAESTE) tamhüquqlu üzvü olub.

Assosiasiyaya üzv olmaq azərbaycanlı tələbələrə bu ildən etibarən dünyanın 84 ölkəsinin universitet və biznes strukturlarında təcrübə keçmək imkanı verir. Bu barədə Birliyin mətbuat xidmətindən Trend -a deyilib. Bu, azərbaycanlı tələbələrə Assosiasiyanın üzv ölkələri tərəfindən tanınan sertifikat əldə etməyə imkan verəcək.

IAESTE BMT tərəfindən tanınan ən iri təşkilatdır və Avropa İttifaqı, Beynəlxalq Əmək Təşkilatı, UNESCO, BMT-nin Sənaye İnkişafı Təşkilatı ilə təhsil sahəsində əməkdaşlıq edir.

Azərbaycan Tələbələr Birliyinin assosiasiyaya qəbul ediləcəyi ümumi konfrans yanvarın 22-29-da İsveçrənin Sürix şəhərində keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti