...

Azərbaycanda şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması həftə sonuna qədər davam edəcək

Cəmiyyət Materials 27 Yanvar 2010 12:14 (UTC +04:00)
Azərbaycanda çərşənbə günü şaxtalı hava şəraiti ilə əlaqədar yollar buz bağlayacaq. Bu barədə Trend News-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometroloji Proqnozlar bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.
Azərbaycanda şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması həftə sonuna qədər davam edəcək

Azərbaycan, Bakı, 27 yanvar / Trend , müxbir M. Əliyev/

Azərbaycanda çərşənbə günü şaxtalı hava şəraiti ilə əlaqədar yollar buz bağlayacaq. Bu barədə Trend -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometroloji Proqnozlar bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, çərşənbə günü Bakıda və Abşeron yarımadasında hava şaxtalı olacaq, fasilələrlə qar yağacağı gözlənilir, mülayim şimal-qərb küləyi əsəcək, havanın temperaturunun gündüz iki dərəcə şaxtadan bir dərəcəyədək isti, axşam iki-dörd dərəcəyədək şaxta olacağı gözlənilir.

Baş hidroloq bildirib ki, cümə axşamına keçən gecə bəzi yerlərdə zəif qar yağacağı, səhərə tədricən qarın kəsiləcəyi, yanvarın 28-də gündüz havanın arabir açılacağı, gün ərzində əsasən hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın mülayımləşməsi şimal-qərb küləyinin güclü cənub-qərb küləyi ilə əvəz olunması ilə əlaqədar olacaq. Belə ki, yanvarın 29-u gündüz 5-7 dərəcə isti, 30-u isə 8-12 dərəcə isti gözlənilir.

"Azərbaycanın şərq regionlarında 27-28-nə keçən gecə və səhər qar yağacağı, tədricən kəsiləcəyi gözlənilir", - Verdiyev bildirib. Yanvarın 28-də gün ərzində əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Temperaturun bölgələrdə gecə 2-7 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir, dağlarda gecə 12-17, gündüz 0-5 dərəcə şaxta gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti