...

Latın Amerikası ölkələrində yaşayan azərbaycanlılar internet saytı yaradıblar

Cəmiyyət Materials 27 Yanvar 2010 14:08 (UTC +04:00)
Latın Amerikası ölkələrində yaşayan azərbaycanlılar öz internet saytlarını yaradıblar. Bu sayt həmin regionda yaşayan azərbaycanlıları əlaqələndirən vasitə olacaq. Bu barədə Azərbaycanın Diaspor ilə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatında deyilir.
Latın Amerikası ölkələrində yaşayan azərbaycanlılar internet saytı yaradıblar

Azərbaycan, Bakı, 27 yanvar / Trend , müxbir M.Əliyev/

Latın Amerikası ölkələrində yaşayan azərbaycanlılar öz internet saytlarını yaradıblar. Bu sayt həmin regionda yaşayan azərbaycanlıları əlaqələndirən vasitə olacaq. Bu barədə Azərbaycanın Diaspor ilə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatında deyilir.

İspan və ingilis dillərində fəaliyyət göstərən "www.azerbaijani-association.org" internet saytını Meksikadakı azərbaycanlıların diaspor təşkilatı yaradıb. Saytda Azərbaycan haqqında ümumi məlumatlar, ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, musiqisi, mətbəxi haqqında geniş məlumatlar yerləşdirilib. Bundan əlavə, Azərbaycan dilini öyrənmək istəyənlər üçün sayta müvafiq lüğətlər yerləşdirilib.

Saytın açılış mərasimində Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov Latın Amerikasında yaşayan bütün azərbaycanlıları "Join us" (Bizə qoşulun) adlı bölməyə qoşulmağa və öz aralarında daha da sıx əlaqə yaratmağa çağırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti