...

Azərbaycanda orta məktəbə bomba qoyulması barədə yalan məlumat verən şagirdin məhkəməsi başlayıb

Cəmiyyət Materials 28 Yanvar 2010 12:37 (UTC +04:00)
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Abşeron rayon sakini Şəhriyar Hümbətzadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Azərbaycanda orta məktəbə bomba qoyulması barədə yalan məlumat verən şagirdin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycanda orta məktəbə bomba qoyulması barədə yalan məlumat verən 10-cu sinif şagirdinin məhkəməsi başlayıb.

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Abşeron rayon sakini Şəhriyar Hümbətzadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmə baxışı fevralın 3-nə təyin olunub.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin terror barədə bilə-bilə yalan məlumat vermə (216-cı) maddəsi ilə ittiham olunur.

Naməlum şəxs 2009-cu il noybarın 20-də Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng edərək "Ceyranbatan qəsəbəsindəki 1 nömrəli orta məktəbə bomba qoymuşam" deyərək telefonu söndürüb. Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb, müvafiq tədbirlər görülüb və təsdiqini tapmayıb.

Abşeron rayon polis şöbəsi əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində yalan məlumatın Ceyranbatan qəsəbə sakini, həmin məktəbin 10-cu sinif şagirdi Şəhriyar Hümbətzadə tərəfindən verilməsi müəyyən edilib və o həbs edilib.

Xəbər lenti

Xəbər lenti