...

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirməkdə ittiham olunan əcnəbilərin məhkəməsi başlayıb

Cəmiyyət Materials 28 Yanvar 2010 15:03 (UTC +04:00)
Trend News-un məlumatına görə, Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İran İslam Respublikasının vətəndaşı Abbasi Əyyub, Əfqanistan vətəndaşları – Rzayi İsmətulla, Məhəmmədi Şahvəli, Əmiri Əsədulla, Yasin Rzayi, Azərbaycan vətəndaşları – Rövşən Hüseynov, Fuad Kələntərov, Nicat Kərimov, İlkin Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirməkdə ittiham olunan əcnəbilərin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir H.Bağırov/ İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərin məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İran vətəndaşı Abbasi Əyyub, Əfqanistan vətəndaşları - Rzayi İsmətulla, Məhəmmədi Şahvəli, Əmiri Əsədulla, Yasin Rzayi, Azərbaycan vətəndaşları - Rövşən Hüseynov, Fuad Kələntərov, Nicat Kərimov, İlkin Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmə baxışı fevralın 5-nə təyin edilib.

Təqsirləndirilən şəxslər 2009-cu il sentyabrın 6-da Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyat-tədbirləri nəticəsində Biləsuvar rayonu ərazisində tutulublar. Keçirilmiş baxış zamanı təqsirləndirilən şəxslərdən 11 kiloqram 500 qramdan artıq həşiş, 3 kiloqrama yaxın tiryək və 2 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.

Xəbər lenti

Xəbər lenti