...

Azərbaycanda 8 QHT maliyyə müsabiqəsindən kənarlaşdırılıb

Cəmiyyət Materials 28 Yanvar 2010 15:26 (UTC +04:00)
Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının qərarı ilə 8 QHT maliyyə müsabiqəsində iştirak edə bilməyəcək. Trend News-un məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Şuranın sədri, deputat Azay Quliyev məlumat verib.
Azərbaycanda 8 QHT maliyyə müsabiqəsindən kənarlaşdırılıb

Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının qərarı ilə 8 QHT maliyyə müsabiqəsində iştirak edə bilməyəcək. Trend -un məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Şuranın sədri, deputat Azay Quliyev məlumat verib.

"Həmin QHT-lər 2009-cu ildə maliyyə müsabiqəsinin qalibləri olublar. Lakin işin icrasında ciddi qanun pozuntularına yol verdikləri üçün iki il müddətinə maliyyə yardımından məhrum olunublar", - Quliyev deyib.

Trend -un arayışı: Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ötən il dekabrın əvvəllərində 2010-cu il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.

Müsabiqəyə 480-dən çox layihə təqdim olunub. Layihələr 7 əsas istiqamət olmaqla, 22 mövzu üzrə təqdim edilib. İstiqamətlər üzrə ümumilikdə 903 min manat vəsait ayrılıb.

Xəbər lenti

Xəbər lenti