...

Maliyyə hesabatını gecikdirən QHT-lər 2500 manat cərimə olunacaq

Cəmiyyət Materials 28 Yanvar 2010 16:27 (UTC +04:00)
Maliyyə Nazirliyinin qərarı ilə QHT-lər hər il aprelin 1-ə qədər maliyyə hesabatı təqdim etməsə, 2500 manat cərimə olunacaq.
Maliyyə hesabatını gecikdirən QHT-lər 2500 manat cərimə olunacaq

Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir A.Hüseynbala/

Maliyyə Nazirliyinin qərarı ilə QHT-lər hər il aprelin 1-ə qədər maliyyə hesabatı təqdim etməsə, 2500 manat cərimə olunacaq. Bunu Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev 2009-cu ilin maliyyə yekunları ilə bağlı hesabat tədbirində deyib.

Trend -un arayışı: Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ötən il dekabrın əvvəllərində 2010-cu il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.

Müsabiqəyə 480-dən çox layihə təqdim olunub. Layihələr 7 əsas istiqamət olmaqla, 22 mövzu üzrə təqdim edilib. İstiqamətlər üzrə ümumilikdə 903 min manat vəsait ayrılıb.

Onun sözlərinə görə, hazırda Şura Maliyyə Nazirliyi ilə bu maliyyə sanksiyanın azaldılması ilə bağlı danışıqlar aparır.

Xəbər lenti

Xəbər lenti