Azərbaycanda metroya bomba qoyulması barədə yalan məlumat verən şəxsin məhkəməsi başlayıb

Cəmiyyət Materials 29 Yanvar 2010 14:30 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Kürdəmir rayon sakini Elşən Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Azərbaycanda metroya bomba qoyulması barədə yalan məlumat verən şəxsin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycanda metroya bomba qoyulması barədə yalan məlumat verən şəxsin məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Kürdəmir rayon sakini Elşən Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmə baxışı fevralın 5-nə təyin edilib.

1993-cü il təvəllüdlü Məmmədov 2009-cu il noyabrın 9-da Bakı Metropoliteninin Məşədi Əzizbəyov stansiyasına bomba qoyulması barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib. Aparılan araşdırmalardan sonra məlumat təsdiqini tapmayıb.

Xəbər lenti

Xəbər lenti