...

Braziliyalı futbolçu Ronaldo iranlı rejissorun filmində rol alacaq

Cəmiyyət Materials 30 Yanvar 2010 12:14 (UTC +04:00)
İranlı rejissor Məhəmməd Hüseyn Lətifi Braziliyalı futbolçu Ronaldo ilə "9 nömrəli köynək" adlı filmdə çəkilmək üçün ilkin müqavilənin razılaşdırıldığını bildirib. Bu barədə İLNA xəbər agentliyi məlumat yayıb.
Braziliyalı futbolçu Ronaldo iranlı rejissorun filmində rol alacaq

İranlı rejissor Məhəmməd Hüseyn Lətifi Braziliyalı futbolçu Ronaldo ilə "9 nömrəli köynək" adlı filmdə çəkilmək üçün ilkin müqavilənin razılaşdırıldığını bildirib. Bu barədə İLNA xəbər agentliyi məlumat yayıb.

Lətifi əlavə edib ki, filmin çəkilişlərinə mart ayından sonra başlanılacaq. "Ötən aylarda Braziliyaya səfər zamanı Ronaldo ilə ilkin razılaşma oldu, lakin sonradan bəzi siyasi problemlər qarşımıza çıxdı", -deyə Lətifi deyib. O, hazırda yaranmış problemin həlli istiqamətində iş aparıldığını deyib.

"Yaranmış problemin həlli 20-25 gün çəkə bilər, buna görə də filmin çəkilişlərinə mart ayından sonra başlamağı nəzərdə tutmuşuq", - Lətifi deyib.

"9 nömrəli köynək" adlı film Fələstindən olan 13 yaşlı bir qızın həyatından danışır. Filmdə futbolçu Ronaldo həmin qızın ən sevimli oyunçusudur. Qız özü də bacarıqlı futbolçudur və həmişə arzulayır ki, Ronaldo ilə yaxından tanış olsun, lakin Ronaldo ilə görüşməmişdən öncə mina partlayışı nəticəsində həlak olur .....

Xəbər lenti

Xəbər lenti