Azərbaycanın "Qarabağ" klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının reytinqində geriləyib

Cəmiyyət Materials 3 Fevral 2010 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 fevral / Trend , müxbir F.Hüseynli/

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən yaxşı kublarının reytinq siyahısını açıqlayıb.

Trend -un məlumatına görə, Azərbaycanın "Qarabağ" klubu 7 pillə geriləyib. Ağdamlılar 79,5 xalla 227-ci pillədən 234-cü yerə enib.

Son bir ilin nəticələrinə əsasən hesablanan cədvələ bir ay əvvəl olduğu kimi, yenə də "Barselona" başçılıq edir.

Hesabında 319 xal olan İspaniya təmsilçisi ən yaxın izləyiciləri olan İngiltərə klublarının onlara çatmasına imkan verməyib. "Çelsi" 296, "Mançester Yunayted" isə 289 xalla ilk üçlükdə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti