Azərbaycanda 42 dövlət orqanındakı 771 vakant yerə müsabiqə elan olunub

Cəmiyyət Materials 4 Fevral 2010 16:57 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən cümə axşamı Trend News-a verilən məlumata görə, inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan 771 vakant dövlət qulluğu vəzifəsinin 727-si mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlatlarında, 44-ü isə apelyasiya və yerli məhkəmə orqanlarının aparatlarındadır.
Azərbaycanda 42 dövlət orqanındakı 771 vakant yerə müsabiqə elan olunub

Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda 42 dövlət orqanındakı 771 vakant yerə müsabiqə elan olunub.

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən cümə axşamı Trend -a verilən məlumata görə, inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan 771 vakant dövlət qulluğu vəzifəsinin 727-si mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlatlarında, 44-ü isə apelyasiya və yerli məhkəmə orqanlarının aparatlarındadır.

Vakant vəzifələrdən 226-sı inzibati vəzifələrin altıncı təsnifatına, 55-i inzibati vəzifələrin yeddinci təsnifatına, 25-i inzibati vəzifələrin səkkizinci təsnifatına, 465-i isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aiddir.

İlk dəfə olaraq müsabiqəyə apelyasiya və yerli məhkəmə orqanlarında inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan 44 vakant dövlət qulluğu vəzifəsi çıxarılır. Bunlardan 22-si hakimin köməkçisi, 13-ü isə məhkəmə iclasının katibi vəzifəsidir.

Müsabiqənin test imtahanı zamanı namizədlərin dünyagörüşü (dünyanın, əsasən də Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri sahəsində), qanunvericilik, informasiya texnologiyaları və məntiqi düşünmə qabiliyyəti sahəsindəki bilikləri yoxlanılacaq.

İmtahana hazırlaşmaq üçün ətraflı məlumat və Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi vebsaytında yerləşdirilib.

Tet imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

Müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən - test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları öz sənədlərini 30 gün müddətində Komissiyaya şəxsən və ya poçtla təqdim etməlidirlər.

Xəbər lenti

Xəbər lenti