Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir H.Bağırov/
Azərbaycanda adam oğurluğu və zorlamada təqsirli bilinən tələbələrə hökm oxunub.
Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Kamal Babayev 14 il, Valeh Quliyev 9 il, Elçin Məhərrəmov 8 il, Pərviz Məmmədov 8 il, Elnur Qurbanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Azərbaycan Kənd Təssərüfatı Akademiyasının "Quba məhsullarının texnologiyası" fakültəsinin tələbəsi Babayev Cinayət Məcəlləsinin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu (144.3.2), zorlama (149.1), Azərbaycan Texniki Unversitetinin "Ətraf Mühitin mühafizəsi və səmərəli istifadəsi" fakültəsinin tələbəsi Quliyev, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının "Meliorasiya" fakültəsinin tələbələri Məhərrəmov, Məmmədov, Qurbanov Cinayət Məcəlləsinin 144.3.2 maddəsi ilə təqsirli biliniblər.
Babayev digər təqsirləndirilən şəxslərlə birgə onunla birlikdə ali məktəbdə təhsil alan Gülnarəni (ad şərti verilib) evlənmək məqsədilə qaçırıb və Samux rayonunda qaldığı evdə onunla zorla cinsi əlaqədə olub.