Azərbaycan komandası Özbəkistanda keçirilən pençaq sialt üzrə açıq çempionatında üçüncü yeri tutub

Cəmiyyət Materials 10 Fevral 2010 11:07 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 10 fevral / Trend , müxbir D.Əzizov/

Azərbaycan komandası Özbəkistanda keçirilən "pençaq sialt" üzrə açıq çempionatda üçüncü yeri tutub. Bu barədə Respublikanın əlbəyaxa döyüş və döyüş sənətinin inkişaf Fondunun mətbuat xidmətindən bildirilib.

Çempionatda Özbəkistan, Azərbaycan və Qırğızıstandan 200-dən çox idmançı iştirak edib. Yarış iki bölmədə: tandzinq (döyüş) və tunqal (kompleks tapşırıq), 14-dən 17-dək, 18 və yuxarı yaş kateqoriyaları üzrə keçirilib

Ümumi komanda hesabına görə Səmərqənd təmsilçiləri birinci yeri, Daşkənd təmsilçiləri ikinci yeri tutub, Azərbaycan komandası isə üçüncü yerə sahib olub.

Pençaq sialt - İndoneziyanın milli döyüş sənətidir. İndoneziya dilindən tərcümədə "təkbətək ildırım" mənasını verir. Pençaq sialt rəsmi olaraq qəbul edilmiş beynəlxalq idman növüdür.

Pençaq silat Federasiyasının (PERSILAT) Beynəlxalq qərərgahı İndoneziya paytaxtı Cakarta şəhərində yerləşir.

Xəbər lenti

Xəbər lenti