Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir F.Hüseynli/
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə UEFA-nın tibbi seminarı fevralın 24-də və 25-də Bakıda keçiriləcək.
AFFA-nın mətbuat xidmətindən cümə axşamı Trend -a bildiriblər ki, UEFA-nın Tibb Komitəsinin üzvü Mehmet Binnətin rəhbərliyi ilə keçiriləcək beynəlxalq seminarda Serbiya, Qazaxıstan, Gürcüstan və s. ölkələri təmsil edən idman həkimləri, Unibank Premyer Liqasında çıxış edən klubların həkimləri, həmçinin ölkəmizdə fəaliyyət göstərən müxtəlif idman federasiyalarının tibb personalının nümayəndələri iştirak edəcək.
Seminarın əsas mövzusu zədələrin müasir üsullarla müalicəsi, o cümlədən futbolda reanimasiya, reabilitasiya, maqnit-rezonans tomoqrafiyası və s. olacaq.