İrandan Azərbaycana qaçamalçılıq yolu ilə narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərə hökm oxunub

Cəmiyyət Materials 12 Fevral 2010 15:53 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 34 yaşlı İqdam Əliyev və 33 yaşlı Aqil Əliyevin hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
İrandan Azərbaycana qaçamalçılıq yolu ilə narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərə hökm oxunub

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir H.Bağırov/

İrandan Azərbaycana qaçamalçılıq yolu ilə narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərə hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 34 yaşlı İqdam Əliyev və 33 yaşlı Aqil Əliyevin hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

2009-cu ilin noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində təqsirləndirilən şəxslər Lənkəran şəhəri ərazisində saxlanılıblar. Onlardan 37 kiloqrama yaxın həşiş və təxminən 5 kiloqram tiryək aşkar edilərək götürülüb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı (206.3.2), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma (234.4.1, 234.4.3) maddələri ilə ittiham olunublar.

Xəbər lenti

Xəbər lenti