Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir H.Bağırov/
Azərbaycanda Vəkillər Kollegiyasının üzvünə qarşı soyğunçuluq etməkdə təqsirli bilinən şəxsin məhkəməsi başlayıb.
Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Vəkillər Kollegiyasının üzvü Leyla Hüseynovaya qarşı soyğunçuluq etmiş Bakı şəhər sakini Elnur Hüseynovun cinayət işi üzrə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O, bildirib ki, dörd unversitet təhsili var və həmin unveristetlərin diplomunu alıb. O, fırıldaqçılığın da peşəsi olduğunu qeyd edib. "Naxçivanski adına hərbi məktəbi bitirmişəm. Zərgərəm, Şampan zavodunda çalışmışam, proqramçı işləmişəm. Mən həm hüquqşünas, həm artist, həm də fırıldaqçıyam. Bunlar mənim peşələrimdir", - təqsirləndirilən şəxs ifadəsində qeyd edib.
Məhkəmə prosesi fevralın 22-də davam etdiriləcək.
Təqsirləndirilən şəxs ötən ilin oktyabrın 10-da Yasamal rayonu, Ayna Sultanova küçəsi 5 ünvanında yerləşən hüquq məsləhətxanasına gələrək, özünü vəzifəli şəxs kimi təqdim edib və vəkil lazım olduğunu bildirib. O, hüquq məsləhətxanasında olanların fikrini yayındıraraq, orada Hüseynovanın pul kisəsini görürərək, aradan çıxıb.
Yasamal rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Novruzov hadisədən iki gün sonra həbs edilib.