Azərbaycanda metroya bomba qoyulması barədə yalan məlumat verən şəxs azadlığa buraxılıb

Cəmiyyət Materials 17 Fevral 2010 12:56 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Kürdəmir rayon sakini Elşən Məmmədova 2 il şərti cəza verilib və o, məhkəmə zalında həbsdən azad edilib.
Azərbaycanda metroya bomba qoyulması barədə yalan məlumat verən şəxs azadlığa buraxılıb

Azərbaycan, Bakı, 17 fevral / Trend , muxbir H.Bağırov/

Azərbaycanda metroya bomba qoyulması barədə yalan məlumat verən şəxs azadlığa buraxılıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Kürdəmir rayon sakini Elşən Məmmədova 2 il şərti cəza verilib və o, məhkəmə zalında həbsdən azad edilib.

1993-cü il təvəllüdlü Məmmədov 2009-cu il noyabrın 9-da Bakı Metropoliteninin Məşədi Əzizbəyov stansiyasına bomba qoyulması barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib. Aparılan araşdırmalardan sonra məlumat təsdiqini tapmayıb.

Xəbər lenti

Xəbər lenti