Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir A.Hüseynbala/
Azərbaycan Mətbuat Şurası milli mətbuatın 135 illiyi ilə bağlı keçiriləcək tədbirləri müəyyənləşdirib.
"Milli mətbuatın 135 illiyi münasibətilə iyulun 21-də "Gülüstan" sarayında böyük tədbirin keçirilməsi nəzərdə tutulur", - çümə axşamı Trend -a Mətbuat Şurasından bildirilib.
Trеnd Nеws-un аrаyışı: Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.
Milli mətbuatın tarixi, aktual, həlli vacib olan problemlərlə bağlı konfranslar da keçiriləcək. "Bundan başqa, müxtəlif bölgələrdə bayram tədbirlərinin keçiriləcəyi istisna olunmur", - məlumatda vurğulanır.
Milli mətbautın 135 illiyi ərəfəsində Şuranın həbsdə olan jurnalistlərin əfv olunması üçün müvafiq dövlət qurumlarına mürciət edəcəyi də gözlənilir. "Şura kütləvi informasiya vasitələri nümayəndələrinin təltif olunması ilə də bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edəcək", - məlumatda qeyd edilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]