Azərbaycanda "dedovşina"da təqsirləndirilən hərbi qulluqçuların məhkəməsi başlayıb

Cəmiyyət Materials 19 Fevral 2010 13:13 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşləır üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgərləri - Elsevər İsgəndərov, Hacı Əliyev, Anar Kərimov, İsmət İslamov, Şahmar Zeynalovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Azərbaycanda "dedovşina"da təqsirləndirilən hərbi qulluqçuların məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir H.Bağırov/

Azərbaycanda "dedovşina"da təqsirləndirilən hərbi qulluqçuların məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşləır üzrə Hərbi MəhkəməMüdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgərləri - Elsevər İsgəndərov, Hacı Əliyev, Anar Kərimov, İsmət İslamov, Şahmar Zeynalovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmə baxışı martın 4-nə təyin edilib.

Təqsirləndirilən şəxslər Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmətdə olarkən əsgər yoldaşları Mirzəliyev Teymur İsaxan oğlundan 5 manat tələb ediblər. Mirzəliyev onların tələbini yerinə yetirmədikdə, təqsirləndirilən şəxslər onu döyüblər, şərəf və ləyaqətini alçaldan ifadələrlə təhqir ediblər. Mirzəliyev əsgər yoldaşları tərəfindən edilən təhqirlərə dözməyərək, 2009-cu il oktyabrın 4-də intihar edərək ölüb.

Təqsirləndirilən şəxslər əsgər yoldaşları olan Fərid Manafovdan da hədə-qorxu yolu ilə pul alıblar.

Hərbçilər Cinayət Məcəlləsinin hədə-qorxu yolu ilə tələb etmə (182), tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma (332) maddələri ilə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti