Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir H.Bağırov/
Azərbaycan məhkəməsi qəsdən adam öldürməkdə təqsirli bilinən şəxsi azadlığa buraxıb.
Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Ramin Cəfərovun barəsində axtarış elan edilmədiyindən onun ittiham olunduğu Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1) maddəsinə xitam verib. Cəfərov CM-nin oğurluq (177) maddəsi ilə ittiham edilərək, barəsində şərti maliyyə vahidinin 1000 misli dəyərində cərimə təyin edilib.
Məhkəmə Cəfərovun barəsində bu cəzanı təyin edərkən Rusiya Məhkəməsinin təcrübəsindən istifadə edib. Rusiya Məhkəməsi Cəfərovla birlikdə oğurluqda iştirak edən şəxsə pul cəzası təyin edib.
Cəfərov 1998-ci ildə Rusiyada cinayət törədib və həmin ildən Azərbaycana gəlib.
O, azyaşlı olduğundan barəsində qəsdən adam öldürmə ittihamı ilə axtarış elan edilməyib.
Cəfərov AİDS xəstələyindən əziyyət çəkir.