...

Azərbaycan ombudsmanı ötən illə bağlı məruzəsini Prezidentə və Milli Məclisə təqdim edib

Cəmiyyət Materials 1 Mart 2010 11:17 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən Trend News-a verilən məlumata görə, "Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" 2009-cu il üzrə illik məruzə Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və baş prokurora da göndərilib.
Azərbaycan ombudsmanı ötən illə bağlı məruzəsini Prezidentə və Milli Məclisə təqdim edib

Azərbaycan, Bakı, 01 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan ombudsmanı ötən illə bağlı məruzəsini Prezidentə və Milli Məclisə təqdim edib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend -a verilən məlumata görə, "Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" 2009-cu il üzrə illik məruzə Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və baş prokurora da göndərilib.

Məruzə Milli Məclisin iclasında dinlənildikdən sonra geniş ictimaiyyətin tanış olması məqsədi ilə qəzetdə, "Azərbaycan Respublikasının Qanunvericilik Toplusu"nda və digər mətbu orqanlarda dərc olunacaq.

İllik məruzədə müvəkkilin Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş ümumiləşdirilmiş təklif və tövsiyələri öz əksini tapıb.

İllik məruzə Milli Məclisin iclasında dinləniləcək.

Xəbər lenti

Xəbər lenti