...

Azərbaycanda əlillərin hüquqları ilə bağlı layihə həyata keçirilib

Cəmiyyət Materials 2 Mart 2010 15:01 (UTC +04:00)
"Layihə çərçivəsində Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Tovuz, Xaçmaz və Şirvan şəhərlərində hüquqi maarifləndirici seminarlar keçirilib və bu tədbirlərdə 183 əlil iştirak edib", - çərşənbə günü Trend Beynəlxalq Xəbərlər Şirkətində keçirilən tədbirdə Minalar Əleyhinə Azərbaycan kampaniyası ictimai birliyinin sədri Hafiz Səfixanov bildirib.
Azərbaycanda əlillərin hüquqları ilə bağlı layihə həyata keçirilib

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda əlillərin hüquqları ilə bağlı layihə həyata keçirilib.

"Layihə çərçivəsində Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Tovuz, XaçmazŞirvan şəhərlərində hüquqi maarifləndirici seminarlar keçirilib və bu tədbirlərdə 183 əlil iştirak edib", - çərşənbə günü Trend Beynəlxalq Xəbərlər Şirkətində keçirilən tədbirdə Minalar Əleyhinə Azərbaycan kampaniyası ictimai birliyinin sədri Hafiz Səfixanov bildirib.

Səfixanovun sözlərinə görə, tədbirlərdə iştirak edənlər Qarabağ müharibəsinin, keçmiş SSRİ-nin Əfqanıstandakı hərbi qüvvələrində olanlar və Çernobıl hadisəsi nəticəsində əlil olmuş şəxslər, əmək və anadangəlmə əlillər olublar. "Əlilliyi olan şəxslər ən çox əmək hüquqları, həkim tibbi-sosial ekspert komissiyaları tərəfindən təyin edilən əlillik qrupları, eyni qrupdan olan əlillərin təqaüdlərindəki fərqlər, əlillərin təhsil alması və digər problemlərdən gileyləniblər", - birliyin sədri əlavə edib.

Tədbirdə bildirilib ki, hazırda dünya əhalisinin təxminən 10 faizi (650 milyon insan) bu və ya digər əlillikdən əziyyət çəkir. Əlilliyi olan şəxslərin 80 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. İnkişaf etməkdə olan ölkələrdə yaşayan əlilliyi olan uşaqların 90 faizi məktəbə getmir. Əlilliyi olan şəxslərin 80 faizdən çoxu işsizdir. Təhqiqatlar göstərir ki, müharibələr nəticəsində hər üç uşaqdan biri ya əlil olur, yaxud daimi əlillik qazanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]/

Xəbər lenti

Xəbər lenti