...

Prokuror İrandan Azərbaycana narkotik gətirən dəstənin üzvlərinə cəza istəyib

Cəmiyyət Materials 2 Mart 2010 15:28 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çıxış edən prokuror İran vətəndaşı Abbasi Əyyubun 14 il, Əfqanıstan vətəndaşları Rzayi İsmətulla, Məhəmmədi Şahvəli, Əmiri Əsədulla, Yasin Rzayinin 4 il, Azərbaycan vətəndaşları - Rövşən Hüseynovun 14 il, Fuad Kələntərovun 14 il, Nicat Kərimovun 13 il, İlkin Məmmədovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror İrandan Azərbaycana narkotik gətirən dəstənin üzvlərinə cəza istəyib

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir H.Bağırov/

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərin məhkəməsi keçirilib.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çıxış edən prokuror İran vətəndaşı Abbasi Əyyubun 14 il, Əfqanıstan vətəndaşları Rzayi İsmətulla, Məhəmmədi Şahvəli, Əmiri Əsədulla, Yasin Rzayinin 4 il, Azərbaycan vətəndaşları - Rövşən Hüseynovun 14 il, Fuad Kələntərovun 14 il, Nicat Kərimovun 13 il, İlkin Məmmədovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxslər 2009-cu il sentyabrın 6-da Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyat-tədbirləri nəticəsində Biləsuvar rayonu ərazisində tutulublar. Keçirilmiş baxış zamanı təqsirləndirilən şəxslərdən 11 kiloqram 500 qramdan artıq həşiş, 3 kiloqrama yaxın tiryək və 2 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.

Xəbər lenti

Xəbər lenti