Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir H.Bağırov/
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərə hökm oxunub.
Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İran vətəndaşı Abbasi Əyyub 15 il, Əfqanıstan vətəndaşları Rzayi İsmətulla 3 il, Məhəmmədi Şahvəli 3 il, Əmiri Əsədulla 3 il, Yasin Rzayi 2 il, Azərbaycan vətəndaşları - Rövşən Hüseynov 10 il, Fuad Kələntərov 13 il, Nicat Kərimovun 15 il, İlkin Məmmədov 12 il müddətinə azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən şəxslər 2009-cu il sentyabrın 6-da Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyat-tədbirləri nəticəsində Biləsuvar rayonu ərazisində tutulublar. Keçirilmiş baxış zamanı təqsirləndirilən şəxslərdən 11 kiloqram 500 qramdan artıq həşiş, 3 kiloqrama yaxın tiryək və 2 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.