...

Azərbaycan publisistinin "Yeddinci qat" adlı ilk kitabının təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 4 Mart 2010 13:13 (UTC +04:00)
Azərbaycan publisisti Laura Cəbrayıllının "Yeddinci qat" adlı ilk kitabının cümə axşamı təqdimatı keçirilib.
Azərbaycan publisistinin "Yeddinci qat" adlı ilk kitabının təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 4 mart / Trend , müxbir M. Əliyev/

Azərbaycan publisisti Laura Cəbrayıllının "Yeddinci qat" adlı ilk kitabının cümə axşamı təqdimatı keçirilib.

"Bu kitabdakı yazılar böyük bədii ədəbiyyat nümunəsidir və Azərbaycan ədəbiyyatının görkəmli nümunələri barədə dəqiq detalları toplayıb", - Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid bildirib.

Məcidin sözlərinə görə, kitab az sözlə böyük mənanı ifadə etmək baxımından qiymətsizdir.

"Laura Cəbrayıllı və həyat yoldaşı Qulu Ağsəs çox uğurlu ədəbiyyat cütü təşkil edirlər və onların gələcək uğurlarının indən sonra da şahidi olacağıq", - Məcid əlavə edib.

Professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Rafiq Əliyev təqdimatda Laura Cəbrayıllının güclü qələm və intellekt sahibi olduğunu vurğuladı.

"Kitab müəllifinin həm də çox gözəl jurnalist bacarığı var. İnanıram ki, o, indən sonra da yeni əsərlər yazacaq".

Laura Cəbrayıllı ötən əsrin 90-cı illərindən başlayaraq dövrü mətbuatda ədəbi-bədii yazılarla çıxış edib. Publisistin "Yeddinci qat" adlı ilk kitabına ədəbi portretlərlə yanaşı, elm, ədəbiyyat, dövlət xadimlərilə maraqlı müsahibələri və gündəliyindən sətirlər daxıl edilib.

Xəbər lenti

Xəbər lenti