...

Azərbaycanın Mətbuat Şurasına adları "qara siyahı"da olan 11 qəzet müraciət edib

Cəmiyyət Materials 4 Mart 2010 17:28 (UTC +04:00)
"Mətbuat Şurasında yeni yaradılan apelyasiya qrupunun ilk iclasında "reket" nəşrlər kimi adları "qara siyahı"ya salınan kütləvi informasiya vasitələrinin müraciətinə baxılıb", - cümə axşamı Trend News-a Şuranın mətbuat xidmətindən bildirilib.
Azərbaycanın Mətbuat Şurasına adları "qara siyahı"da olan 11 qəzet müraciət edib

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın Mətbuat Şurasına adları "qara siyahı"da olan 11 qəzet müraciət edib.

"Mətbuat Şurasında yeni yaradılan apelyasiya qrupunun ilk iclasında "reket" nəşrlər kimi adları "qara siyahı"ya salınan kütləvi informasiya vasitələrinin müraciətinə baxılıb", - cümə axşamı Trend -a Şuranın mətbuat xidmətindən bildirilib.

Trend -un arayışı: Azərbaycanın Mətbuat Şurası 2009-cu ilin əvvəlindən indiyədək 95 kütləvi informasiya vasitəsinin "reket" fəaliyyəti ilə məşğul olduğunu əsas gətirərək onların adlarını "qara siyahı"ya daxil edib.

Şuranın İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə deyib ki, 11 KİV adlarının "qara siyahı"dan çıxarılması üçün müraciət edib. "Apelyasiya qrupunun üzvləri hər hansı nəşrin "qara siyahı"dan çıxarılması zamanı "reket nəşr"lərin müəyyənləşdirilməsinə dair təlimatın şərtlərinin əsas götürülməli olduğunu bildiriblər", - məlumatda vurğulanır.

İclasda qeyd edilib ki, hər hansı KİV-in üzərindən "reket nəşr" adının götürülməsi prosedurunun həyata keçirilməsi zamanı məlum nəşrin redaksiya kollektivi ilə əmək müqaviləsi bağladığını, əmək və vergi qanunvericiliyinin tələblərinə riayət etdiyini sübut edən sənədlər də MŞ-yə təqdim edilməlidir. Məlum nəşrin il ərzində ən azı 12 nömrəsi çıxdıqdan sonra onun "qara siyahı"dan çıxarılması məsələsi həll oluna bilər.

Qrup üzvləri qərara alıblar ki, mövcud tələblərə əməl olunmayacağı təqdirdə heç bir nəşrin "qara siyahı"dan çıxarılması məsələsinə baxıla bilməz.

Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti