...

Azərbaycan şifahi xalq ədəbiyyatının görkəmli nümayəndəsi Xəyyat Mirzənin şeirlər kitabının təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 4 Mart 2010 20:48 (UTC +04:00)
Azərbaycan şifahi xalq ədəbiyyatının görkəmli nümayəndəsi Xəyyat Mirzənin cümə axşamı "Könlüm hicran otağı" adlı şeirlər kitabının təqdimatı keçirilib.
Azərbaycan şifahi xalq ədəbiyyatının görkəmli nümayəndəsi Xəyyat Mirzənin şeirlər kitabının təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycan şifahi xalq ədəbiyyatının görkəmli nümayəndəsi Xəyyat Mirzənin cümə axşamı "Könlüm hicran otağı" adlı şeirlər kitabının təqdimatı keçirilib.

Yazıçı-publisist Qəzənfər Paşayev tədbirdə bildirib ki, aşıq şeirinin görkəmli nümayəndəsi olan Xəyyat Mirzə cəmi 37 il ömür sürsə də, Azərbaycan ədəbiyyatı üçün çox işlər görüb.

"El şairi öz gücünü eldən alıb və onun yaradıcılığını el əzbər bilir", - Paşayev deyib.

Tədbirdə çıxış edən kitabın ön sözünün müəllifi, deputat Qənirə Paşayeva bildirib ki, Xəyyat Mirzə tək Tovuz deyil, bütün türk dünyası üçün yaradan şair olub.

"İlk kitabı 1966-cı ildə çap olunsa da, o zaman sovet senzurası bəzi şeirlərin dərc olunmasına əngəl törədib. Bu baxımdan "Könlüm hicran otağı" adlı şeirlər kitabını onun yaradıcılığının bədii irsinin daha mükəmməl bir nümunəsi hesab etmək olar", - deputat əlavə edib.

Paşayeva deyib ki, böyüyən nəslimiz Xəyyat Mirzə yaradıcılığından daha çox məlumatlı olmalıdır, çünki aşıq sənəti millətimizin ruhunun yüksəlişidir.

"Hər insan millətinin kökü ilə bağlı işlərdə əlindən gələn dəstəyi etməlidir. Xəyyat Mirzə yaradıcılığına bələd olanlar bilirlər ki, o, aşıq sənətində çəkisi olan və gənclər üçün örnək olacaq şairdir", - Paşayeva əlavə edib.

Xalq şairi Zəlimxan Yaqub isə çıxışında deyib ki, Xəyyat Mirzə kimi insanlar Azərbaycan dilinin saflığının qorunması keşiyində dururlar.

"Ozan sənətinin min illərlə yaşamasında sazın əsas rolu var. Qənirə Paşayeva çox şairlərə yenidən ömür verir. Onların sənətinin tanınmasında rol oynayır", - xalq şairi əlavə edib.

Xəbər lenti

Xəbər lenti